Osman Məmmədov
Osman Məmmədov — tanınmış araşdırmaçı-jurnalist və ictimai-siyasi fəal; 2020-ci ildə VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.
Osman Məmmədov | |
---|---|
Məmmədov Osman Abdukərim oğlu | |
Osman Məmmədov. | |
Anadan olub | 23 aprel 1970 |
Anadan olduğu yer | Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1990–1995) |
facebook səhifəsi |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
23 aprel 1970-ci il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1987-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbini bitirib.
1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.
Hərbi xidmət Vizual/Mobil redaktə
1988 – 1990-cı illərdə sovet ordusunda hərbi xidmət edib.
Jurnalistlik və publisistik fəaliyyəti Vizual/Mobil redaktə
1996-cı ildən mətbuat sahəsində müxtəlif vəzifələrdə çalışıb.
2002-ci ildən Azərbaycan Təhsil Problemləri İnstitutunun normativ sənədlər şöbəsində, sonralar isə “Spektr” ictimai-siyasi jurnalında işləyib.
2005-ci ildən “Korrupsiya və Cəmiyyət” adlı ictimai-siyasi jurnalın baş redaktorudur.
“Korrupsiya və dövlətçilik” qəzetinin təsisçisidir.
2018 – 2020-ci illərdə, vaxtilə indiki Azərbaycan ərazisindən Türkiyəyə mühacirət etmiş şəxslərin həyatlarını araşdırıb.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir, iki övladı var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- "Məni seçin ki, siz də seçiləsiniz". https://www.arazinfo.com (azərb.). arazinfo.com. 2020-01-18. 23 Nov 2020 tarixində arxivləşdirilib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2025 Şəki Ensiklopediyası |