Akif Sultanov
Akif Sultanov (1938–2008) — uzun müddət Şəki ipək kombinatının rəssamlıq emalatxanasında çalışmış rəssam. Şəki ipək kombinatında rəssam işləməklə yanaşı həm də paralel olaraq uzun müddət Nuxa/Şəki Pedaqoji Məktəbində təsviri incəsənət fənnindən dərs demişdir.
Akif Sultanov | |
---|---|
Sultanov Akif Ənvər oğlu | |
Akif Sultanov. | |
Doğum tarixi | 28 sentyabr 1938 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 29 yanvar 2008 (69 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1962–1967) |
Janrı | İpək parçaların tərtibatı, mənzərə və natürmort |
Atası | Sultanov Ənvər Allahyar oğlu |
Anası | Xəlilova Zivər Nəsib qızı |
Uşağı | 4 uşaq |
Həyat yoldaşı | Nəzakət Sultanova |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
28 sentyabr 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.
1962 – 1967-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1957 – 1959-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək və rəssamlıq fəaliyyəti Vizual/Mobil redaktə
1959-cu ildə V.İ.Lenin adına Nuxa İpək Kombinatının rəssamlıq emalatxanasında köməkçi rəssam vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1967-ci ildən paralel olaraq həm də Nuxa/Şəki Pedaqoji Məktəbində təsviri incəsənət fənnindən dərs deyib.
SSRİ Yüngül Sənaye Nazirliyinin nəzdindəki Bədii Şura tərəfindən əvvəl 3-cü dərəcəli, sonra isə 1-ci dərəcəli rəssam adına layiq görülüb.
1975-ci ildə keçmiş SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub. Dəfələrlə əsərləri V.Səmədova adına sərgi salonunda, Dövlət Rəsm Qalereyasında nümayiş etdirilib.
Azərbaycan Respublikası Rəssamlar İttifaqının və Bədii fondunun da üzvü idi.
Təltif və mükafatları Vizual/Mobil redaktə
Parça üçün çəkdiyi rəsmlərə görə SSRİ Yüngül Sənaye Nazirliyinin 1-ci dərəcəli diplomuna layiq görülüb, eləcə də SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin fəxri fərmanına layiq görülüb.
Vəfatı Vizual/Mobil redaktə
29 yanvar 2009-cu il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Bəşirov R., Hacıyev N. SULTANOV AKİF ƏNVƏR OĞLU // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı: 200. — Səh.: 167.
- Məmmədov Ə., Xalıqov F. Sultanov Akif // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 362. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- SULTANOV AKİF ƏNVƏR OĞLU // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 233. — ISBN 978-9952-8176-4-5.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2025 Şəki Ensiklopediyası |