Ana səhifə
Təqvimin bu günü — fevralın 15-i

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə (1929–2015) 15 fevral 1929-cu il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. O, 1980–1988-ci il illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyib.
Rəşid bəy Əfəndiyev

Rəşid bəy Əfəndiyev (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.
Bilirsinizmi?

- 4 fevral 2025-ci il tarixdə — tanınmış yazıçı və jurnalist Bəhram Çələbi 78 yaşında, Bakıda vəfat edib.

- 30 yanvar 2025-ci il tarixdə AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyinin saytında və Azərbaycan Milli Elmlər Akademiyasının saytında “Şəki Ensiklopediyası” jurnalının birinci nömrəsinin çapdan çıxması haqqında məqalə dərc olunmuş, “Mədəniyyət Tv”-nin “Mədəniyyət xəbərləri”ndə isə bu barədə bir dəqiqəlik süjet efirə getmişdir.
- 29 yanvar 2025-ci il tarixdə “Şəki Ensiklopediyası” jurnalının birinci nömrəsi çapdan çıxıb.

- 10 yanvar 2025-ci il tarixdə tanınmış pedaqoq, avtomatika üzrə elmlər namizədi, dosent Vaqif Qəhrəmanov 77 yaşında Bakıda vəfat edib.

- 8 yanvar 2025-ci il tarixdə azedu.az saytının yaydığı xəbərə görə, Cənubi Koreyanın KAİST Universitetinin məzunu Ramil Babazadə illik 100 min manat dəyərində dördillik təqaüdlə Böyük Britaniyanın Qlazqo Universitetinin doktoranturasında rəqəmsal kimya ixtisası üzrə təhsil almaq hüququ qazanıb.

- 19 dekabr 2024-cü il tarixdə Azərbaycan Karate Federasiyasının təşkil etdiyi Ənənəvi karate üslubu üzrə Azərbaycan çempionatında Zümrüd Baxışova 8-9 yaş kateqoriyasında bir qızıl və bir gümüş medal qazanıb.

- 13 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Coşqun Məmmədova biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

- 10 dekabr 2024-cü il tarixdə Şəki şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Rasim Abbaszadə 2024-cü ilin 11 – 22 noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Təşəkkürnaməsi ilə təltif olunub.

- 3 dekabr 2024-cü il tarixdə ipəkçilik və toxuculuq sənayesi üzrə görkəmli mütəxəssis və rəhbər kadr İbrahim Mustafayev Bakıda yolu piyada keçərkən avtomobil vurması nəticəsində 86 yaşında həlak olub.
